searchclose

eGov-dan GovTech-ə Keçid Edilir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 Yanvar 2025-ci il Fərmanı ilə  “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” (bundan sonra, “Konsepsiya”) təsdiq edildi. Konsepsiyanın qəbulu ilə qərarvermə prosesində rəqəmsal texnologiyaların, xüsusən süni intellekt və blokçeyn kimi innovasiyaların tətbiqi əsasında “elektron hökumət”dən (eGov) “rəqəmsal hökumət”ə (GovTech) keçid üçün fəaliyyət planı hazırlanmış oldu.

 

Konsepsiyaya əsasən, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında “Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi” “Azərbaycanda məlumatların idarə edilməsi (Data Governance) Strategiyası”, habelə qüvvədə olan qanunvericiliyə rəqəmsal inkişafın müasir çağırışlarına cavab verən dəyişiklik hazırlanacaqdır.

 

Yeni qanunvericilik aktlarında bizlər “Elektron hökumət”, “Proseslərin rəqəmsal əsaslara keçirilməsi”, “Rəqəmsal məlumat bazası”, “Milli identifikasiya sistemi”, “Məlumat perimetrinin təhlükəsizliyi”, “Rəqəmsal inkişaf” kimi praktikada istifadə edilən lakin daha qanunvericiliyə inteqrasiya olunmayan məfhumların hüquqi əsasları və mexanizmi ilə tanış olacağıq.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Məhkəmə-Hüquq Şurasının Vəzifə və Səlahiyyətləri Artırıldı
#Rightwellton #Hüquq #MəhkəməHüquqŞurası

22.4.2025

Məhkəmə-Hüquq Şurasının Vəzifə və Səlahiyyətləri Artırıldı

Rightwellton xəbər verir ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda son edilmiş dəyişikliklərə əsasən, Məhkəmə-Hüquq Şurasının vəzifə və səlahiyyətləri artırıldı. Belə ki bundan sonra Məhkəmə-Hüquq Şurası aşağıdakı sadalanan vəzifələri də yerinə yetirəcək:

 

1. Məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, icra və əmək intizamına riayət olunması üçün tədbirlər görür, birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamalıdır.

 

2. Hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi üçün tədbirlər görməlidir.

 

3. Məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair ümumiləşdirmələri öyrənir, təhlil etməli, məhkəmə statistikası sahəsində statistika hesabatının formasını müəyyənləşdirməli, habelə statistika hesabatlarını ümumiləşdirməli və dərc etməlidir.

 

4. Birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakiminin onun razılığı ilə 1 ilədək müddətə ezam edilməsi məsələsini müzakirə etməlidir.

 

5. Birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə edilməsi məsələsini müzakirə etməlidir.

 

6. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri istisna olmaqla, digər məhkəmələrin hakimlərinə məzuniyyət məsələsini həll etməlidir.

 

absolute_pic