searchclose

İcra Qanunvericiliyində Dəyişiklik: İcra Ödənişləri 10 Dəfəyə Yaxın Artırıldı

Rightwellton, E-hüquq.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılması haqqında icra qanunvericiliyinə dəyişiklikləri ilk oxunuşda qəbul edib.

 

Qanuna təklif edilən digər bir dəyişikliyə görə isə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat manat miqdarında icra ödənişi alınacaq. Qüvvədə olan qanuna görə bu məbləğ müvafiq olaraq 11 manat və 55 manat idi.

 

Daha bir dəyişikliklə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun borcludan tutmalı olduğu pul məbləğinin miqdarı artırılır. Belə ki, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb
#uşaqhüquqları #yeniqanunlayihəsi #Milli Məclis

13.2.2025

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb

Rightwellton E-hüquq.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

 

Qeyd edilib ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi yaxında təqdim olunacaq.

absolute_pic
“Lisenziyalar və İcazələr Haqqında” Azərbaycan Respublikasının Qanununda Dəyişiklik edilir
#Rightwellton #Hüquq #Sahibkarlıq #İcazələr #Siyahı

22.4.2025

“Lisenziyalar və İcazələr Haqqında” Azərbaycan Respublikasının Qanununda Dəyişiklik edilir

Rightwellton xəbər verir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunununda yer alan Sahibkarlıq fəaliyyətinə verilən icazələrin Siyahısına dəyişiklik edilir.

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilən ərazilərin rezidentləri tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rusumlarından azad edilir. Azadolmalar İqtisadiyyat Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında tətbiq edilir.

 

Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla layihədə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilib. Bununla da işğaldan azad edilən ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd də icazələrin siyahısına daxil edilir.

 

Bu qanun həmin təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədə olacaq.

absolute_pic