searchclose

Gənclərimizin Gələcəyinə Daha Bir Töhfə

 Rightwellton Hüquq Şirkəti olaraq, ADA LAW Society tərəfindən keçirilən "Amerika Parlamentar Debatı" turnirinin qaliblərinin mükafatlandırma mərasimində iştirak etməkdən böyük qürur duyuruq. Bu prestijli layihənin bir hissəsi olmaqla, debat mədəniyyətinin inkişafına və gələcəyin liderlərinin yetişdirilməsinə dəstək vermək bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Qaliblər üçün təqdim etdiyimiz fürsətlər: 

 

  • 3 aylıq ödənişli təcrübə proqramı ilə onları peşəkar inkişaf yolunda dəstəklədik.
  • Qalibləri dəyərli hədiyyələrlə mükafatlandıraraq zəhmətlərinin qarşılığını verdik.            

 

Rightwellton olaraq, gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirmək, onların uğurlu gələcəyinə töhfə vermək üçün bu kimi layihələrə dəstək olmağa davam edəcəyik.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Plastik Cərrahlara Xəbərdarlıq
#PlastikCərrahiyyə #DövlətNəzarəti #Səhiyyə Nazirliyi

27.0.2025

Plastik Cərrahlara Xəbərdarlıq

Rightwellton Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.

 

Plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

 

Sənədləri tələb olunan qaydada və tarixədək təqdim etməyən cərrahlara münasibətdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.

absolute_pic
Rightwellton yeni loqosunu təqdim etdi.
Xəbər

14.6.2024

Rightwellton yeni loqosunu təqdim etdi.

Hüquq sahəsində insan kapitalına və texnologiyaya sərmayələri ilə seçilən Rightwellton şirkəti yeni korporativ dəst-xəttini təqdim etdi. Şirkətin yeni korporativ dəsti-xətti İngiltərədə yerləşən yerli marketinq şirkəti tərəfindən hazırlanmışdır.

 

Rightwellton hüquq şirkətinin direktoru Fərid Həsənov yeni loqonun onların fəlsəfəsini tamamladığını söylədi.

 

“Biz bu prosesin uzun və yorucu olacağını düşündüyümüz halda əməkdaşlıq etdiyimiz şirkət verdiyimiz tapşırığın öhdəsindən ilk dəfədən gəlməyi bacardı. Rebrendinq işləri başa çatdıqdan sonra Rightwellton şirkəti şirkətinin yeni veb-saytı üzrə işlərə başlamağı planlaşdırırıq. İnanırıq ki, əməkdaşlıq etdiyimiz şirkət bu istiqamətdə də nəzərdə tutduqlarımızı doğru şəkildə həyata keçirəcəkdir. Bizim üçün bu yeniliklər xarici bazardakı əməkdaşlıqlarımızı inkişaf etdirmək və yerli bazar iştirakçılarına beynəlxalq səviyyədə xidmət göstərmək üçün vacibdir. Yeni korporativ dəst-xəttimiz mərhələli şəkildə şirkətin digər kommunikasiya vasitələrinə də tətbiq olunacaqdır.”

Qeyd edək ki, Rightwellton hüquq şirkətinin kommersiya adıdır. Şirkətin yerli bazardakı hüquqi adı Baku Global Consulting MMC-dir. Şirkət hal-hazırda yerli və xarici bazarda payını artırmaq üçün strateji əməkdaşlıq üzrə danışıqlar aparır.

absolute_pic
İcbari Tibbi Sığortada Müştərək Maliyyələşmə Məbləği
#İcbaritibbisığorta #Müştərəkmaliyyələşmə #Yeniqaydalar

11.2.2025

İcbari Tibbi Sığortada Müştərək Maliyyələşmə Məbləği

Rightwellton E-huquq.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin “Tibbi sığorta haqqında” Qanuna etdiyi dəyişiklikləri təsdiq edib.

 

Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.

 

Dəyişiklik layihəsinə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

 

Nazirlər Kabinetinin təsdiq etdiyi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilib. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulub və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.

 

Digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımı 2025-ci il yanvarın 1-dən başlamalıdır.

 

Müştərək maliyyələşmə məbləği haqqında güzəşt 2026-cı il yanvarın 1-nə qədər uzadılıb.

 

Tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.

absolute_pic