searchclose

Yeni Reklam Qanunvericiliyinə dair Təlim: İnfluenserlərlə Bir Arada

📸 “Reklam Qanunu” üzrə maarifləndirici təlim uğurla baş tutdu!

 

🎙️ 31 may tarixində “Fairmont” otelində baş tutan ödənişsiz təlimdə ölkənin aparıcı influenserləri, bloggerləri və rəqəmsal kontent sahibləri ilə birlikdə “Reklam haqqında” qanundakı yeni dəyişiklikləri müzakirə etdik.

 

✅ Təlim iştirakçıları real nümunələr və praktiki hüquqi yanaşmalarla tanış oldu, suallarına ətraflı cavablar aldı.

 

Bu, yalnız başlanğıcdır. Hüquqi maarifləndirmə sahəsində növbəti təşəbbüslərimiz üçün bizi izləməyə davam edin! 📲

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi
#Rightwellton #Hüquq #Süniintellekt #Dövlətstrategiyası

22.2.2025

Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi

Rightwellton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025 – 2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.

 

Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

 

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.

 

Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.

 

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

absolute_pic
Rightwellton yenilənmiş saytını təqdim etdi.
Xəbər

14.6.2024

Rightwellton yenilənmiş saytını təqdim etdi.

Azərbaycanda yerli bazar iştirakçılarına 36-dan çox hüquqi xidmətlər təklif edən Rightwellton şirkəti yenilənmiş saytını təqdim etdi.

 

Şirkətin direktoru Fərid Həsənovun sözlərinə görə yenilənmiş sayt həm fiziki şəxslərə, həm də şirkətlərə yönəlik formada hazırlanmışdır.

“Əvvəlki ilə müqayisədə yeni istifadəyə verilmiş veb sayt şirkətin cari fəaliyyətini və fəlsəfəsini daha çox özündə əks etdirir. Saytımızı yeniləməkdə əsas məqsəd yerli bazarda fəaliyyət göstərən şirkətlərə xidmətlərimizi sadələşdirilmiş formada təqdim etməkdir. Azərbaycanda hüquq sahəsi üzrə xidmət göstərən şirkətlərin saytlarında kontent qəliz dildədir. Bu da öz növbəsində xidmətlərdən faydalanmaq istəyən şirkət və sadə vətəndaşlar üçün bir çox çətinliklər yaradır. Bu qopuqluğu aradan qaldırmaq və şirkətlərə təqdim etdiyimiz xidmətləri anlaşılan dildə təqdim etmək üçün həm məlumatları, həm də saytın interfeysini yeniləmək qərarına gəldik. İstəyimiz hər bir kəsin kənardan dəstək almadan saytımıza daxil olaraq sadə dildə izah olunmuş xidmətlərlə tanış olub, ona lazım olan xidmətlə bağlı sorğu göndərməsini təmin etməkdir. Biz bu yolda peşəkarlarla addımlayırıq. Sayt bu işin birinci mərhələsi idi. Növbəti mərhələ saytın daha zəngin kontentlə təmin olunması və yeni xidmətlər üzərində çalışmaq olacaqdır.”

 

Qeyd edək ki, şirkət bu yaxınlarda yeni korporativ dəst-xəttini də istifadəyə vermişdir. Hal-hazırda şirkət daha geniş marketinq addımları atmaq üçün bir neçə marketinq şirkətləri ilə danışıqlarını davam etdirir.

absolute_pic