searchclose

2025-ci il üçün Yaşayış Minimumu Qüvvəyə Minib: Rəqəmlər Açıqlanıb

“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Yaşayış minimumu insanların sağlamlığını və həyat fəaliyyətini təmin etmək üçün zəruri olan maddi və sosial ehtiyacların ödənilməsi üçün lazım olan minimum məbləğdir.

 

2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

 

Yaşayış minimumunun əmək haqqı üzrə vergi ödəmələrində, aztəminatlı ailələrə  ünvanlı sosial yardımların formalaşdırılması və hesablanmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, aztəminatlı ailələrə dair dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, əhali gəlirlərinin və əmanətlərinin  indeksləşdirilməsində rolu vardır.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb
#uşaqhüquqları #yeniqanunlayihəsi #Milli Məclis

13.2.2025

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb

Rightwellton E-hüquq.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

 

Qeyd edilib ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi yaxında təqdim olunacaq.

absolute_pic