searchclose

İnflyasiyadan Dəymiş Zərər Artıq Məhkəmə yolu ilə Alına Biləcək

Rightwellton Techlaw.az-a istinadən xəbər verir ki, inflyasiya artıq qanun çərçivəsində zərər kimi tanındı. Belə ki Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək inflyasiya nəticəsində pulun dəyərsizləşməsinin zərər anlayışı ilə əhatə olunub-olunmamasına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.


 
Konstitusiya Məhkəməsi müraciətə baxaraq aşağıda göstərilən nəticələrə gəlmişdir:


 
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan  zərər anlayışının borclunun icranı gecikdirdiyi müddət ərzində inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. 


2. Borcverən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.


3. Kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci və 449.3-cü maddəsi ilə tənzimlənən pul öhdəliklərini icra edilməməsi nəticəsində dəyən zərərin ( həmçinin inflyasiya nəticəsində yaranan zərər) əvəzinin ödənilməsi tələb etmək hüququna malikdir.


 
Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarı borcverənin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Ali Məhkəmənin Plenumunun Ailə Mübahisələri ilə Bağlı Yeni Qərarı
#AliMəhkəmə #AiləHüququ #Aliment #HüquqiYeniliklər

8.0.2025

Ali Məhkəmənin Plenumunun Ailə Mübahisələri ilə Bağlı Yeni Qərarı

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli № 15 Qərarı nikahın pozulması, aliment və əlaqədar tələblər üzrə uzunmüddətli və yorucu məhkəmə mübahisələrindən yayınmaq üçün üçün effektiv həll yolları vəd edir.

 

Dəyişikliklərə əsasən, artıq uşaqla ünsiyyət məsələsində problem yaşayan valideynlər əlavə vaxt və xərc çəkmədən elə məhkəmədə nikahın pozulması ilə eyni vaxtda bu problemi həll edə biləcəklər. Habelə valideyn övladı ilə olan ünsiyyətin vaxtını, müddətini və yerini dəyişdirmək istədikdə aylarla çəkən məhkəmə proseslərindən daha qorxmalı deyil, çünki bu barədə ərizə təqdim etmək kifayət edəcək. Belə olduqda qanunvericiliyə əsasən səlahiyyətli məhkəmə həmin ərizəyə 10 iş günü müddətində baxıb qərar verməlidir.

 

Bu qayda uşağından ayrı yaşayan, amma onunla ölkə xaricinə çıxmaqda maraqlı olan valideynlər üçün də sadələşdirilmiş imkanlar vəd edir. Belə ki, çox zaman ayrı yaşayan valideynlərin övladları ilə ünsiyyət müddəti xarici səfərlərə imkan vermir, bu halda ünsiyyət müddətinin səfərə uyğunlaşdırılması üçün məhkəməyə ərizə və 10 gün səbir etmək kifayət edə bilər.

 

Dəyişikliklərə əsasən, daha alimentin artırılması barədə hər il məhkəməyə müraciət edib aylarla yekun nəticəni gözləməyə ehtiyac qalmayacaq, çünki minimum əmək haqqındakı artımlara münasibətdə alimentin indeksasiyası aparılacaq. Avtomatik indeksasiya aparılması üçün müraciət qaydası iki formada təzahür edir. Minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilən alimentlər üçün tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq, lakin əgər aliment qətnamədə konkret məbləğlə ifadə edilibsə, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ sadə bir qərardad vasitəsilə həll ediləcək.

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 Dekabr 2024-cü il tarixində qəbul etdiyi son dəyişikliklər, nikahın pozulması, aliment və bu qəbildən valideyn-uşaq münasibətləri ilə bağlı vaxt və xərc aparan yorucu məhkəmə mübahisələrini xeyli sadələşdirmişdir.

absolute_pic