searchclose

İcra Qanunvericiliyində Dəyişiklik: İcra Ödənişləri 10 Dəfəyə Yaxın Artırıldı

Rightwellton, E-hüquq.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılması haqqında icra qanunvericiliyinə dəyişiklikləri ilk oxunuşda qəbul edib.

 

Qanuna təklif edilən digər bir dəyişikliyə görə isə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat manat miqdarında icra ödənişi alınacaq. Qüvvədə olan qanuna görə bu məbləğ müvafiq olaraq 11 manat və 55 manat idi.

 

Daha bir dəyişikliklə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun borcludan tutmalı olduğu pul məbləğinin miqdarı artırılır. Belə ki, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb
#uşaqhüquqları #yeniqanunlayihəsi #Milli Məclis

13.2.2025

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb

Rightwellton E-hüquq.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

 

Qeyd edilib ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi yaxında təqdim olunacaq.

absolute_pic
Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib
#eMühasibat #QanunDəyişiklikləri #MilliMəclis

10.2.2025

Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib

Rightwellton E-huquq.az -a istinadən xəbər verir ki, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

 

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

 

- Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;

 

- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

 

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb, üçüncü oxunuşda qəbul edilib.

absolute_pic
Rightwellton yeni loqosunu təqdim etdi.
Xəbər

14.6.2024

Rightwellton yeni loqosunu təqdim etdi.

Hüquq sahəsində insan kapitalına və texnologiyaya sərmayələri ilə seçilən Rightwellton şirkəti yeni korporativ dəst-xəttini təqdim etdi. Şirkətin yeni korporativ dəsti-xətti İngiltərədə yerləşən yerli marketinq şirkəti tərəfindən hazırlanmışdır.

 

Rightwellton hüquq şirkətinin direktoru Fərid Həsənov yeni loqonun onların fəlsəfəsini tamamladığını söylədi.

 

“Biz bu prosesin uzun və yorucu olacağını düşündüyümüz halda əməkdaşlıq etdiyimiz şirkət verdiyimiz tapşırığın öhdəsindən ilk dəfədən gəlməyi bacardı. Rebrendinq işləri başa çatdıqdan sonra Rightwellton şirkəti şirkətinin yeni veb-saytı üzrə işlərə başlamağı planlaşdırırıq. İnanırıq ki, əməkdaşlıq etdiyimiz şirkət bu istiqamətdə də nəzərdə tutduqlarımızı doğru şəkildə həyata keçirəcəkdir. Bizim üçün bu yeniliklər xarici bazardakı əməkdaşlıqlarımızı inkişaf etdirmək və yerli bazar iştirakçılarına beynəlxalq səviyyədə xidmət göstərmək üçün vacibdir. Yeni korporativ dəst-xəttimiz mərhələli şəkildə şirkətin digər kommunikasiya vasitələrinə də tətbiq olunacaqdır.”

Qeyd edək ki, Rightwellton hüquq şirkətinin kommersiya adıdır. Şirkətin yerli bazardakı hüquqi adı Baku Global Consulting MMC-dir. Şirkət hal-hazırda yerli və xarici bazarda payını artırmaq üçün strateji əməkdaşlıq üzrə danışıqlar aparır.

absolute_pic