searchclose

Əqli Mülkiyyət Hüquq Xidmətləri

A. Əqli Mülkiyyətin Qeydiyyatı

 

I. Patentlərin qeydiyyatı: İxtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı üçün hüquqi məsləhət və dəstək.

 

II. Müəllif hüquqlarının qeydiyyatı: Ədəbi, musiqi və digər yaradıcılıq nümunələrinin hüquqi qorunmasının təmin edilməsi.

 

III. Əmtəə nişanlarının qeydiyyatı: Ticarət markalarının milli və beynəlxalq qeydiyyatı üçün hüquqi prosedurların həyata keçirilməsi.

 

IV. Coğrafi göstəricilərin qeydiyyatı: Yerli məhsulların coğrafi göstəricilərinin qeydiyyatı və hüquqlarının qorunması.

 

B. Əqli Mülkiyyət Hüquqlarının Müdafiəsi

I. Hüquq pozuntularının qarşısının alınması: Əqli mülkiyyət hüquqlarının pozulması hallarında hüquqi tədbirlərin görülməsi və pozuntu hallarının aradan qaldırılması. II. Rəqəmsal hüquqların müdafiəsi: Müəllif hüquqlarının rəqəmsal mühitdə qorunması və plagiatla mübarizə. III. Məhkəmə müdafiəsi: Əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəmə proseslərində hüquqi təmsilçilik.

C. Lisenziya Alınması və Əlaqədar Müqavilə Xidmətləri

I. Lisenziya müqavilələrinin hazırlanması: Əqli mülkiyyət hüquqlarının istifadəyə verilməsi üzrə lisenziya müqavilələrinin hazırlanması və idarə edilməsi. II. Texnologiya transferi müqavilələri: Texnoloji həllərin ötürülməsi ilə bağlı müqavilələrin hüquqi tənzimlənməsi. III. Françayzinq müqavilələri: Əmtəə nişanı və digər əqli mülkiyyət obyektlərinin istifadəsinə dair müqavilələrin tərtib edilməsi.

D. Əqli Mülkiyyət Mübahisələrinin Həlli

I. Məhkəmədənkənar həll: Əqli mülkiyyət hüquqlarına dair mübahisələrin mediasiya və arbitraj yolu ilə həlli. II. Məhkəmə müstəvisində həll: Əqli mülkiyyət hüquqları ilə bağlı məhkəmə mübahisələrində hüquqi təmsilçilik və müdafiə. III. Pozuntulara qarşı tədbirlər: Qanunsuz istehsal və satış əməliyyatlarına qarşı hüquqi tədbirlərin görülməsi.

E. Konsultasiya

I. Əqli mülkiyyət portfelinin idarə edilməsi: Şirkətlərin əqli mülkiyyət aktivlərinin təsnifatı və idarə olunması üzrə məsləhətlər. II. Startaplar üçün hüquqi dəstək: İnnovativ layihələrin əqli mülkiyyət hüquqlarının qorunması və investorlarla əməkdaşlıq üçün hüquqi dəstək. III. Təlim və məsləhət xidmətləri: Şirkətlər və fərdlər üçün əqli mülkiyyət hüquqları üzrə seminar və təlimlərin keçirilməsi.