searchclose

Ailə və Vərəsəlik Hüququ

A. Nikah Müqaviləsi və Nikahın Pozulması

 

I. Nikah müqavilələrinin hazırlanması: Ər-arvad arasında maliyyə və mülkiyyət hüquqlarını tənzimləyən sənədlərin hazırlanması

 

II. Nikahın pozulması: Boşanma prosesinin hər mərhələsində, o cümlədən ərizələrin hazırlanması, məhkəmə iclaslarında təmsilçilik və aliment məsələlərinin həlli üzrə hüquqi dəstək

 

III. Nikahın etibarsız sayılması: Nikahın qanunsuz və ya qanuni şərtlərə uyğun olmayan formada bağlanması ilə bağlı məhkəmə işlərinin təşkili və təmsilçilik

 

 

B. Əmlak Bölgüsü

I. Əmlak bölgüsündə hüquqi təmsilçilik: Ər-arvad arasında əmlakın ədalətli bölüşdürülməsi üçün məhkəmədə və ya mediasiya prosesində hüquqi müdafiə. II. Əmlak hüququnun müəyyən edilməsi: Birgə və ya fərdi mülkiyyət hüquqlarının qanuni şəkildə təsbit edilməsi üçün sənədlərin hazırlanması və hüquqi müşayiət.

C. Uşağın Hüquqlarının Müdafiəsi

I. Uşağın kimin himayəsində qalması: Valideynlər arasında mübahisəli hallarda uşağın maraqlarına uyğun qərarın alınması üçün hüquqi yardım II. Aliment öhdəliklərinin təmin edilməsi və icrası: Alimentin vaxtında ödənilməsi üçün icra prosesinin müşayiəti, aliment məbləğinin artırılması və ya azaldılması üzrə hüquqi prosedurların təmin edilməsi III. Valideynlik hüquqlarının məhdudlaşdırılması və ya bərpası: Uşağın təhlükəsizliyi və rifahı üçün məhkəmədə müvafiq iddianın qaldırılması və hüquqi müdafiə IV. Uşağın beynəlxalq səfərlərində icazənin alınması: Uşağın valideynlərin razılığı olmadan xaricə aparılmasına dair mübahisələrin həlli və icra proseslərinin təmin edilməsi

D. Vərəsəlik

I. Müştərinin vərəsəlik hüquqlarını təminatı: Vərəsəlik hüququnun təsdiqlənməsi, vərəsəlik payının müəyyənləşdirilməsi, əmlak və borcların düzgün bölüşdürülməsi II. Vəsiyyətnamə hazırlanması: Vəsiyyətnamənin müvafiq şərt və prosedurlara uyğun şəkildə tərtib edilməsi III. Vəsiyyətnamənin etibarsızlığının müəyyən edilməsi, əsaslandırılması, etibarsızlıq səbəblərinin təhlili, müvafiq məhkəmə sənədlərinin hazırlanması və məhkəmədə təmsilçilik

E. Konsultasiya

Ailə və Vərəsəlik Mübahisələri üzrə müştərilərimizin sorğularının qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq professional formada və dəqiq məzmunda cavablandırılması