searchclose

Vergi Hüququ Xidmətləri

I. Vergi yoxlamalarından yaranan mübahisələrdə hüquqi müdafiə: Vergi orqanlarının qərarlarına qarşı məhkəməyə müraciət və hüquqi təmsilçilik.

 

II. Vergi Hesabatlılığı: Müştərilərə vergi qanunvericiliyinə tam uyğun olaraq dəqiqliklə vergi bəyannamələrinin hazırlanması, yoxlanılması və vergi orqanına təqdim edilməsi

 

III. Vergi yükünün azaldılması üzrə strategiyalar: Şirkətlərin qanunvericiliyə uyğun şəkildə vergi yükünü azaldan strukturlaşma və planlaşdırma strategiyalarının hazırlanması.

 

IV. Vergi yoxlaması zamanı hüquqi müşayiət: Vergi yoxlamaları prosesində işəgötürənlərin hüquqlarının qorunması və hüquqi maraqlarının təmin edilməsi.

 

V. Vergi yoxlaması sonrası dəstək: Yoxlamaların nəticələrinin təhlili, hüquqi risklərin aradan qaldırılması və etiraz prosedurlarında hüquqi yardım.

 

VI. Vergi yoxlaması prosesində sənədlərin hazırlanması: Yoxlama üçün tələb olunan bütün sənədlərin və izahatların hüquqi baxımdan keyfiyyətli və dəqiq hazırlanması və təqdim edilməsi.

 

Vergi Mübahisələri

Əsassız və artıq hesablanmış vergi məbləğinin inzibati və ya məhkəmə yolu ilə silinməsi

Biznes Əməliyyatlarının Vergi Təhlili

Şirkətlərin əməliyyatlarının vergi təsirini müəyyən edərək daha səmərəli modellər təklif edilməsi

Vergi Yoxlaması Öncəsi Hüquqi Audit

Şirkətlərin vergi məsələlərini yoxlamaq üçün öncədən hüquqi baxış keçirilməsi və potensial risklərin müəyyən edilməsi

Şirkət Rəhbərləri və Mühasiblər Üçün Təlimlər

Vergi qanunvericiliyindəki yeniliklər və praktik məsələlər üzrə təlimlərin keçirilməsi