searchclose

Maliyyə Hüququ Xidmətləri

A. Kredit və Əlaqəli Maliyyələşmə

 

I. Borc və kredit müqavilələrinin hazırlanması: Hər növ borc və kredit müqavilələrinin (ipoteka, istehlak, biznes kreditləri) tərtibi və hüquqi təhlili.

 

II. Kredit müqavilələri üzrə mübahisələr: Kreditlərin ödənilməsində yaranan problemlərin hüquqi həlli, faiz dərəcələrinin dəyişdirilməsi və əlavə ödənişlərin ləğvi.

 

III. Kredit öhdəliklərinin restrukturizasiyası: Ödəniş problemləri zamanı kredit şərtlərinin yenidən nəzərdən keçirilməsi üçün bankla danışıqların aparılması.

 

IV. Zəmanət və təminat müqavilələri: Girov, zəmanət və digər təminat mexanizmlərinin tərtibi və hüquqi analizi.

 

V. Maliyyə vasitəçiləri ilə müqavilələrin tərtibi: Banklar, fondlar və maliyyə institutları ilə əməkdaşlıq müqavilələrinin hazırlanması.

 

VI. Layihə maliyyələşməsi: İnfrastruktur, enerji və digər iri layihələr üçün maliyyələşmənin hüquqi strukturunun qurulması

 

B. Beynəlxalq Maliyyələşmə

 

I. Beynəlxalq maliyyə əməliyyatlarının hüquqi riskləri: Xarici investisiyaların hüquqi tənzimlənməsi və qanunvericiliyə uyğunluğun yoxlanılması.

 

II. Valyuta əməliyyatları üzrə hüquqi məsləhətlər: Yerli və beynəlxalq valyuta qanunvericiliyinə uyğun fəaliyyət mexanizmlərinin yaradılması.

 

III. Beynəlxalq bank mübahisələrinin həlli: Xarici banklarla yaranan mübahisələrin arbitraj və mediasiya vasitəsilə həlli.

 

 

C. Komplayens və AML

I. Çirkli pulların yuyulması ilə mübarizə qanunvericiliyinə uyğunluq (AML): Şirkətlər və banklar üçün çirkli pul yuma ilə mübarizə mexanizmlərinin hazırlanması və tətbiqi. II. KYC (Müştərini Tanı) prosedurlarının qurulması: Bank və maliyyə institutları üçün qanunvericiliyə uyğun müştəri tanıma siyasətlərinin hazırlanması. III. Risklərin idarə edilməsi: Maliyyə əməliyyatlarında hüquqi risklərin müəyyən edilməsi və idarə olunması.

D. Qiymətli Kağızlar Bazarı

I. Qiymətli kağızlarla əməliyyatlar: Səhmlər, istiqrazlar və digər maliyyə alətləri ilə əməliyyatların həyata keçirilməsində hüquqi dəstək II. Fond birjaları ilə əməkdaşlıq: Fond birjasında listinq və digər əməliyyatlarla bağlı hüquqi yardım. III. IPO və səhm satışı: Səhmlərin ilkin yerləşdirilməsi (IPO) prosesində hüquqi tənzimləmə və sənədləşmə. IV. Yeni maliyyə alətləri: Yeni qiymətli kağızların (məsələn, yaşıl istiqrazlar, rəqəmsal tokenlər) yaradılması və qanunvericiliyə uyğunlaşdırılması. V. İnvestor təlimləri: Müştərilərin qiymətli kağız bazarının hüquqi aspektləri haqqında məlumatlandırılması üçün təlimlər. VI. Süni qiymət manipulyasiyası: Qiymətli kağız bazarında süni manipulyasiya və ya qanunsuz əməliyyatlara qarşı müştərilərin hüquqlarının müdafiəsi. VII. Maliyyə dələduzluğu: Qiymətli kağızlarla bağlı fırıldaqçılıq hallarının araşdırılması

E. Rəqəmsal Bankçılıq və Fintex

I. Rəqəmsal ödəmə sistemləri: Elektron pul, rəqəmsal ödəmə sistemləri və mobil bankçılıq xidmətləri üzrə hüquqi məsləhətlər. II. Fintex startapları: Fintex sahəsində fəaliyyət göstərən şirkətlər üçün hüquqi risklərin dəyərləndirilməsi və həlli yolları III. Blokçeyn və kriptovalyuta: Blokçeyn texnologiyaları, rəqəmsal valyutalar və tokenlərlə bağlı hüquqi tələblərə uyğunluğun yoxlanılması

F. Sığorta

I. Hüquqpozma hallarının analizi: Sığorta şirkətləri tərəfindən qanunvericiliyin pozulması hallarında müştərilərə hüquqi yardım. II. İnzibati şikayətlərin hazırlanması: Sığorta şirkətinin tənzimləyici orqanlara şikayət edilməsi üçün hüquqi sənədlərin hazırlanması. III. Sığorta ödənişlərinin təmin olunması: Sığorta şirkətləri tərəfindən əsassız olaraq ödənişdən imtina hallarının hüquqi müdafiəsi. IV. Sığorta risklərinin müəyyən edilməsi: Müştərilərin maraqlarına zidd olan riskli şərtlərin aşkarlanması və dəyişdirilməsi üçün hüquqi dəstək.