searchclose

Əmək Hüququ Xidmətləri

I. Əmək Müqavilələrinin Hazırlanması və Hüquqi Analizi: Azərbaycan Əmək Məcəlləsinə uyğun olaraq, fərdi və kollektiv əmək müqavilələrinin tərtib edilməsi və hüquqi baxımdan analizi.

 

II. Əmək Mübahisələrinin Həlli: İşdən azad edilmə, əmək haqqının ödənilməməsi, mobbing və diskriminasiya hallarına dair mübahisələrin hüquqi baxımdan həlli.

 

III. Əmək Qanunvericiliyinə Uyğunluğun Təmin Edilməsi: Şirkətin daxili prosedurlarının mövcud qanunvericilik tələblərinə uyğunlaşdırılması və hüquqi auditin həyata keçirilməsi.

 

IV. İşdən Azad Edilmə və İxtisar Prosedurları: İşçilərin işdən çıxarılmasının qanunvericilik tələblərinə uyğun aparılması və bu prosesdə hüquqi dəstək.

Əmək Hüququ üzrə Məhkəmə Təmsilçiliyi

Əmək hüququ ilə bağlı mübahisələrin məhkəmə və ya məhkəmədənkənar həlli prosesində işçi və işəgötürənlərin təmsil edilməsi

Daxili Qaydaların və Prosedurların Hazırlanması

İşəgötürənlər üçün intizam qaydaları, işçi vəzifə təlimatları və digər daxili sənədlərin hazırlanması

Sosial Sığorta ilə Bağlı Hüquqi Dəstək

İşçilərin sosial müdafiə hüquqlarının qorunması və sığorta ilə bağlı yaranan mübahisələrin həlli

Əcnəbi İşçilərin İşə Qəbulu

Miqrasiya qanunvericiliyinə uyğun olaraq əcnəbi işçilərin iş icazələrinin alınması və ya uzadılması prosesinin aparılması